EVRIKA CHARITY FAIR
Ümumi Qaydalar və Təlimatlar
1. Ümumi prinsiplər
- Tədbir xeyriyyə məqsədi daşıyır.
2. İştirak
- İştirak könüllülük əsasındadır.
- Stend açmaq istəyən sinif/müəllim əvvəlcədən qeydiyyatdan keçməlidir.
- Hər stend üzrə məsul şəxs sinif rəhbəridir.
- Məhsul siyahısı və qiymətlər əvvəlcədən təsdiqlənməlidir.
3. Ödəniş sistemi
- Tədbirdə yalnız EVRIKA BETL tokenləri istifadə olunur.
- Nağd pul və kart stendlərdə qəbul edilmir.
- Bütün ödənişlər yalnız kassada edilir.
- 1 AZN = 1 Token.
4. Qiymət siyasəti
- Qiymətlər yalnız bu nominal üzrə olmalıdır: 1 • 5 • 10 • 20 • 50 token.
- Fərqli rəqəmlər istifadə edilmir.
- Qiymətlər mütləq şəkildə stenddə lövhədə göstərilməlidir.
5. Stend qaydaları
- Stendlər tədbirdən 30 dəqiqə əvvəl hazır olmalıdır.
- Məhsullar səliqəli və təhlükəsiz şəkildə saxlanmalıdır.
- Qida məhsulları gigiyenik qaydalara uyğun təqdim edilməlidir.
6. Şagird davranışı
- Nizam-intizam qorunmalıdır.
- Tullantılar dərhal təmizlənməlidir.
7. Tədbirin sonunda
- Hər stend topladığı tokenləri kassaya təhvil verir.
Qaydaların pozulması halında təşkilatçılar tərəfindən müvafiq tədbirlər görülə bilər.